Qazaxıstanın “Sahil mühafizəsi” regional idarəsinin sərhədçiləri Xəzər dənizində brakonyerlik edən 4 Azərbaycan vətəndaşını saxlayıb.
Oxu.Az Today.kz saytına istinadən xəbər verir ki, bu barədə Sərhəd Xidmətinin məlumatında deyilir.
““Sakşı” sərhəd gəmisini görən ərazi sularını pozanlar təqibdən qaçmağa cəhd ediblər. Köməyə Mİ-28 vertolyotu və gəmi cəlb olunub və onlar brakonyerləri saxlaya bilib”, - məlumatda deyilir.
Təqib bütün lazımi avadanlıqlarla təchiz edilmiş qayığın saxlanılması ilə nəticələnib. Qayıqda həmçinin üç asma mühərrik də aşkar olunub. Faktla bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb, müvafiq tədbirlər həyata keçirilir.