Qazaxda avtomobil su arxına düşüb, sürücü xəsarət alıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1966-cı il təvəllüdlü sürücü A.Carçıyev xəsarət alıb.
O, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12