Azərbaycanda Rusiyada axtarışda olan şəxs tutulub.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Vüsal Hüseynov tutulub.