Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nadir İsmayılovun xaricdəki hesabında 5.4 milyon manat var imiş
Səkkiz il əvvəl fəaliyyəti dayandırılmış "Zaminbank" ASC-nin 10 il həbs cəzasına məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2.5 milyon funt sterlinq (5.4 milyon manat) pul olduğu müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya mənbədən məlumat daxil olub.
Azərbaycanın Maliyyə Monitorinqi Mərkəzi belə bir hesabın olduğunu öyrənib və aidiyyəti üzrə məlumat verib. Xətai Rayonu İcra Şöbəsi isə həmin hesaba həbs qoyulması üçün məhkəməyə təqdimat verib.
Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə "Zaminbank"ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. N.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Məhkəmə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manatı vəzifə mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, "Zaminbank"ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84.5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Bu səbəbdən onun Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilib.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Zərərçəkən təqsirləndirilən şəxsi ağır formada təhqir etdi - 186 minlik cinayət işi
- Talassemiyalı uşaqlarla bağlı məhkəmə prosesinə həkimlərin çağırılması ilə bağlı vəsatət verilib
- Sözünü demək cəsarət, susmaq tərbiyədirsə, tərbiyəsiz kimdir?
- Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub, 15 minə yaxın pulunu ələ keçirən şəxsə AĞIR CƏZA
- Nazirliyin adından dələduzluq: İnansın deyə pulu qurumun binasının önündə aldı