Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sabirabad sakinindən altı kiloqram narkotik və odlu silah götürülüb
Sabirabad sakinindən altı kiloqram narkotik vasitə və odlu silah götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Vüqar Muxtarov saxlanılıb.
Belə ki, adıçəkilən şəxsdən altı kiloqram narkotik vasitə marixuana, bir ədəd "AK-74" markalı avtomat, həmin silaha məxsus patron darağı və 10 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, V.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər ƏLƏ KEÇDİLƏR
- Cəbrayıl şəhərciyində qadın narkotikə görə həbs edildi
- Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var
- İrandan Azərbaycana 16 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısını alınıb
- İmişli rayonunda saxlanılan narkokuryerlərdən 12 kiloqram marixuana və metamfetamin aşkarlanıb
Rəylər