Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sayt rəhbəri 6 il müddətinə azadlıqdan məhrum edildi
Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Dövlət ittihamçısı təqsirləndirilən İbrahim Hümbətovun 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.
Xatırladaq ki, İbrahim Hümbətov 2023-cü ilin dekabr ayında vətəndaşlardan daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, təqsirləndirilən İbrahim Hümbətov Cinayət Məcəlləsinin 1822.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.
"Lənkəran Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - MƏHKƏMƏ İŞİ
- Atasının başını kəsən oğul cəzadan azad edildi
- DGK-nın vəzifəli şəxslərinə HÖKM OXUNDU
- Lənkəranda otaq yoldaşını qətlə yetirən şəxsə ağır cəza verildi
- Sabirabadda dəhşətli hadisə: Gecə atasını öldürdü, psixiatriya xəstəxanasına göndərildi