Şəkinin Baş Göynük kəndində qətl hadisəsi baş verib.
Kənd sakini, 39 yaşlı Paşa Yusibovun kəsici alətlə həmkəndlisi, 38 yaşlı Dəyanət Həşimovu qətlə yetirdikdən sonra 24 yaşlı Bünyad Babazadəyə xəsarət yetirdiyi bildirilir.
Mərhumun atası Vahid Həşimov hadisənin təfərrüatı barədə danışıb.
"Qonşu ilə mübahisəsi düşüb. Deyib ki, arvad-uşaq var, ayıbdır. O da oğlumu bıçaqlayıb. Sinif yoldaşı idi, bizim evdə böyüyüb", - deyə o söyləyib.
Hadisəni törətməkdə şübhəli bilinən Paşa Yusibov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Şəkidə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə voleybol oyunu zamanı işlədilən təhqiramiz ifadələrə görə olub.
Belə ki, Baş Göynük kənd sakini Paşa Yusibovun evinin yaxınlığında voleybol meydançası olub və kənd sakinləri vaxtaşırı həmin meydançada voleybol oynayırmış. İyulun 29-da axşam saatlarında kənd sakinləri həmin meydançada voleybol oynayarkən kənd sakini Dəyanət Həşimov söyüş söyüb. Söyüşü eşidən P.Yusibov evindən çıxaraq meydançaya gəlib və onlara söyüş söyməməyi tapşırıb. Nəticədə Dəyanət Həşimov və Bünyad Babazadə P.Yusibovla mübahisə ediblər, ardınca onu döyüblər.
Evinə qayıdan P.Yusibov yaşadığı mənzildən bıçaq götürüb, hadisə yerinə qayıdıb. O, ilk olaraq D.Həşimovu ürəyindən bıçaqlayıb. Daha sonra isə o, B.Babazadəni bıçaqlayıb.
Samir Əli
Şəki rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 29-da saat 20 radələrində rayonun Baş Göynük kəndi ərazisində baş verib.
Kənd sakini, 38 yaşlı Dəyanət Həşimov kəsici alətlə qətlə yetirilib, 24 yaşlı Bünyad Babazadə isə xəsarət alıb.
Cinayətdə şübhəli bilinən 39 yaşlı Paşa Yusibovu polis saxlayıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli