Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, Şiştəpə kəndindən kənd sakini Namazalı Aşurov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.
Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmkəndlisi Nəzirə Nəbiyeva tutulub.
E.Ə.
www.oxu.az