Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sumqayıtda ata və anasını öldürməkdə təqsirli bilinən şəxsin istintaqı başa çatıb
Sumqayıtda ata və anasını qətlə yetirməkdə təqsirləndirilən, 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun cinayət işinin istintaqı yekunlaşıb.
"Report" xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nurəddin Hüseynlinin icraatına verilib.
Qeyd edək ki, qətl bu ilin aprel ayında qeydə alınıb.
Rəsmi məlumata görə, Fikrət Məmmədov yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı atası - 1962-ci il təvəllüdlü Hakim Məmmədovu və anası -1965-ci il təvəllüdlü Zərifə Məmmədovanı bıçaqla xəsarətlər yetirərək öldürüb. Fikrət Məmmədov hadisədən sonra tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Azərbaycanda DƏHŞƏTLİ QƏTL - Atasını öldürən yeniyetmə meyiti anası və qardaşı ilə birgə çaya atıb
- Bakıda küçədə 24 yaşlı oğlanı silahla qətlə yetirməkdə təqsirləndirilən hərbçiyə hökm oxunub
- İranda dəhşətli qətl: Qadın atası və qardaşı tərəfindən 16 güllə ilə vurularaq öldürüldü
- 38 yaşlı qadın dayısı tərəfindən qətlə yetirildi - İDDİA + Hadisə yerindən GÖRÜNTÜLƏR
- Arvadını öldürməkdə şübhəli bilinən kişi ilə bağlı YENİ FAKTLAR: "Qulaq kəsib, həbs edilməyib"