Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Böyük Britaniyada COBRA-nın fövqəladə iclası gözlənilir
Böyük Britaniyada bir sıra şəhərlərdə baş verən iğtişaşlarla əlaqədar COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclası keçiriləcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Sky News" xəbər yayıb.
Qeyd olunur ki, komitənin tərkibinə nazirlər, dövlət qulluqçuları, polis əməkdaşları, kəşfiyyat işçiləri və digər şəxslər daxildir.
Baş nazir Kir Starmer millətə müraciətində iğtişaşların iştirakçılarının "ifrat sağçı banditizmdə" iştirak etdiklərinə görə peşman olacaqlarını vəd etdi. Onun sözlərinə görə, onlar qanunun bütün sərtliyi ilə məsuliyyət daşıyacaqlar.
Daxili İşlər Nazirliyi həmçinin elan edib ki, yeni çevik reaksiya proseduru çərçivəsində məscidlərə daha etibarlı müdafiə təmin ediləcək.
Qeyd edək ki, ölkənin bir neçə şəhərində baş verən aksiyalara səbəb iyulun 29-da yerli uşaq rəqs studiyasına edilən hücum olub. Həmin vaxt 17 yaşlı britaniyalı bıçaqla üç qıza - doqquz yaşlı Elis Dasilva Aqiar, altı yaşlı Bibi Kinq və yeddi yaşlı Elsi Dot Stankoma ölümcül xəsarətlər yetirib.
Rəylər