Qazax rayonunda dələduzluq edən şəxs saxlanılıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, rayonun Yuxarı Salahlı kənd sakini Musa Cəfərov həmyerlilərini aldadaraq onlardan sürücülük vəsiqəsi düzəltmək adıyla pul alıb.
İlkin məlumatlara görə, beş nəfərdən 5000 manat pul alan M.Cəfərov bir müddət kənddə görünməyib. Aldadıldıqlarını hiss edən vətəndaşlar Qazax Rayon Polis Şöbəsinə müraciət ediblər. Qazax RPŞ-nın əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Cəfərov Bakı şəhərində saxlanılıb. Əməlini etiraf edən M.Cəfərov peşman olduğunu bildirib.
Faktla bağlı Qazax RPŞ-də araşdırmalara başlanılıb.
A.M.