Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vəkili Fədayə Laçının saxlanma şəraitindən danışdı
Fədayə Laçının vəkili Türkel Süleymanlı müğənninin saxlanma şəraitindən danışıb.
Oxu.Az xəbər verir ki, o bildirib ki, ifçaının vəziyyəti normaldır:
“Fədayə xanımla bağlı hələlik istintaq prosesində hər hansı yenilik yoxdur. Son ayda heç bir istintaq işi aparılmayıb. Özü ilə görüşmüşəm, normaldır. Azadlıq üçün, tamaşaçıları, sevənləri üçün darıxıb”.
Vəkil bildirib ki, yaxın günlərdə Fədayə Laçınla bağlı qəti-imkan tədbirinin dəyişdirilməsi üçün yenidən müraciət edəcəklər:
“Heç bir istintaq işi getmirsə, Fədayə Laçının həbsdə qalması heç kimə faydalı deyil. Onun aylarla həbsdə qalması qanunvericiliyə də ziddir. Fədayə Laçın nə zaman istintaqdan qaçıb, gizlənib? Sabah haqqında cəza tədbiri seçilsə, daha normal şəraitli bir yerə, düşərgəyə göndəriləcək. Lakin indi daş divar arasında cəza çəkməsi onun səhhətinə ziyandır. Belə şəraitsiz yerdə normal deyil”.
T.Süleymanlının sözlərinə görə, məhkəmə Fədayə Laçını təqsirli hesab etsə, bu zaman haqqında verilən həbs müddəti onun dustaq həyatı yaşadığı gündən hesablanacaq.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.
"Astara" teqi üzrə xəbərlər
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Astarada qatar yoluna çıxan piyadanın ayağı amputasiya olunub
- Balıq ovlamaq istəyən şəxs faciəli şəkildə öldü
- Bağlarda kütləvi şəkildə zərərverici həşəratlar yayılıb: Meyvə ağaclarında xəstəliklər BAŞ QALDIRIB
- Evlənmək istəyən oğlan anasını əsa ilə DÖYDÜ
Rəylər