Bu yaşlı qadının adı Lilian Veberdir, və o heyrətamiz bir insandır. 99 yaşı olmasına baxmayaraq, Lillian hər gün ehtiyacı olan afrikalı qızlar üçün paltarlar tikir.
Oxu.Az Adme.ru-ya istinadən xəbər verir ki, o günə bir paltar olmaqla, artıq 840-dan çox paltar tikib, və öz 100 illik yubileyinə tikdiyi paltarların sayını 1000-ə çatdırmağı planlaşdırır.
Lilian hər tikdiyi paltara xüsusi görünüş verir ki, onun geyinən afrikalı qızlar qürur duysunlar.
Biz də Liliana yaxın gələcəkdə planlarını reallaşdırmaqda uğurlar arzulayırıq.

Lilian sübh tezdən işləməyə başlayır, və yalnız nahar və kiçik bir istirahətə ayrılır.

Axşam o bütün kiçik hissələri tamamlayır. Beləliklə bir paltara o bir gün həsr edir.

Paltarlar standart tikilir, lakin onlardan heç-biri digərini təkrarlamır.

Bu paltarları kasıb rayonlardan olan balaca afrikalı qızlar geyinəcəklər.

Balaca qız öz paltarını nümayiş etdirir.

Bu uşaqların köməyə ehtiyacı var. Lilian kimi insanların olmağı çox gözəldir.