Beyləqan şəhərində ağır yol qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Rayon sakini, 1986-cı il təvəllüdlü Elşad Talıbovun idarə etdiyi “Hyundai” markalı, 10 OK 610 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Hikmət Mahmudov aldıqları xəsarətdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
E.Ə.
www.oxu.az