Rusiyanın Krasnoyarsk vilayətində cizgi film qəhrəmanları sərxoş xuliqanı döyüblər.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Madaqaskar” cizgi filmindəki zebra “Marti” və aslan “Aleks”, “Luntik”lə bərabər Krasnoyarskda xuliqana hücum ediblər. Hər şeyə sərxoş xuliqanın zebranın başını əlindən almaq istəyi səbəb olub.
“Marti” ilə xuliqan arasında dava başlayıb. “Madaqaskar”ın qəhrəmanlarının yardımına “Aleks” və “Luntik” gəlib. Xuliqan hadisə yerindən qaçmağa cəhd edib, amma asayiş keşikçiləri onu saxlayıblar.
E.Ə.
www.oxu.az