Goranboy rayonunda avtomobil qəzası baş verib.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Xanqərvənd kəndində baş verib.
Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman qarşı tərəfdən gələn "VAZ-21015" markalı avtomobilə çırpılıb.
Nəticədə hər iki avtomobilin sürücüsü və bir sərinişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
İ.F.