Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İsrailli alimlər xərçəng əleyhinə peyvənd yaradıblar
İsrailin “Accelerated Evolution Biotechnologies” dərman şirkəti müasir tibbdə irəliləyişə nail olduğunu iddia edir.
Oxu.Az “The Jerusalem Post”a istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, onlar ilk dəfə olaraq fəsadları olmayan və əks təsirə malik olmayan xərçəng əleyhinə universal peyvənd yarada biliblər.
İsrailli onkoloqlar bildirirlər ki, xəstəliyə yüksək aktiv təsiredici maddə ilə yüklənmiş xüsusi peptidlərin vasitəsilə qalib gəlmək mümkündür. Alimlər qeyd edirlər ki, bu cür dərman xərçəng hüceyrələrini əhatəyə alaraq orqanizmdən çıxarır. Onların fikrincə, bu metod o qədər sadə və effektlidir ki, kimya terapiyasından tamamilə imtina etməyə və immuniteti yüksəltməyə imkan verir.
Britaniyalı tibb işçiləri isə xəbəri dəyərləndirməyiblər. Böyük Britaniyanın ən yaxşı onkoloqları bəyan ediblər ki, israilli mütəxəssislərin araşdırmaları ümidverici deyil və onların dərmanların effektivliyi haqqındakı sözləri şişirdilib.
Qeyd olunur ki, siçanlar üzərində keçirilən yeganə eksperimentin nəticələrini indiyə qədər heç kim görməyib. Dərman ləvazimatının insanlar üzərində sınağının başlanmasına qədər isə bir neçə il keçə bilər.