İtaliyanın superkarlar istehsal edən “Lamborghini” şirkəti 5,9 min avtomobili alışma riskinə görə geri çağırır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Avtomobillərin geri çağırılmasına səbəb yanacaq sistemində nasazlıqla əlaqədardır. Bu nasazlıq ucbatından avtomobil alışa bilər. Hazırda şirkətin bu nasazlığa görə zərərçəkən avtomobil sahibləri haqqında məlumatı yoxdur.
Geri çağırılma “Aventadors” və “Venenos” modellərinə aiddir. Agentliyin məlumatına görə, şirkət fəaliyyəti dövründə yalnız 12 “Venenos” superkar istehsal edib, onun qiyməti 4 milyon dollardır.
“Lamborghini” şirkəti 1963-cü ildə təsis edilib. Şirkət “Volkswagen” konserninin tərkibinə daxildir.
N.O
www.oxu.az