Dünya çempionatı öz axarı ilə davam edir. Ən həyəcanlı anlar isə iyulun 13-də olacaq.
Oxu.Az Vestifinance.ru-ya istinadən xəbər verir ki, mundial ilə əlaqədar ən azı 10 fakt var ki, siz onlar haqqında heç zaman eşitməmisiniz.
1. Pivə və hot-doq

Öncəki futbol üzrə Dünya çempionatında 2 milyon şüşə pivə içilib və 400 min hot-doq yeyilib. Görəsən bu il rekord olacaq?
2. Çempionatın baxılması

2006-cı ildə final matçında 715 milyon izləyici var idi. Hətta milyardlarla baxış yığan Olimpiya oyunları geridə qalır, çünki onların vahid final yarışması yoxdu, deməli konkret vaxtlarda auditoriyanın sayı az olur.
3. Stadionda 200 min azarkeş

Ən populyar matç 1950-ci ildə oynanılıb. O zaman 2:1 hesabı ilə braziliyalılar uruqvaylılara məğlub olub. Stadionda fanatların sayı 199 minə çatmışdı. Maraqlıdır, tarixə çempionat stadionunun yeni rekordu olacaqmı?
4. 6 hissədən ibarət top

Adi futbol topu 12, 16 hətta 32 hissədən ibarət olur. Amma 2014-cü il üçün yaradılmış top 6 hissədən ibarətdir. Bu 6 hissə “barmaqlar” vasitəsilə birləşərək konstruksiyanın bərkidilməsini təmin edir.
5. 77 ölkə

2014-cü ildə yeni iştirakçı – Bosniya və Hersoqovina. Beləliklə, yarışlarda 77 ölkə iştirak edir. Maraqlıdır ki, 1930-cu ildə çempionatın 76 iştirakçısı var idi. Bəzi ölkələr artıq mövcud deyil. Məsələn, SSRİ dağıldı, Yuqoslaviya bölündü, Almaniya birləşdi.
6. Rəngli vərəqələr

Qırmızı və sarı vərəqələr ilk dəfə 1970-ci ildə Meksikada keçirilən çempionatda istifadə edilib. Ən çox qırmızı vərəqənin göstərildiyi çempionat isə 2006-ci il də Almaniyada keçirilən çempionat olub: ümumilikdə futbolçular 28 qırmızı vərəqə alıblar.
7. Fuelqo zirehlisi

Dünya çempionatının yeni maskotuna (simvol/talisman) adını bütün Braziliya seçib. Bu ad 48% səslə seçilib.
8. 17 yaşında qol

Bütün dünyaya Pele adı ilə məşhur olan, Edson Arantis du Nasimentu Dünya çempionatında qol vuran ən gənc futbolçu olub. İsveçdə 1958-ci ildə keçirilən çempionatda o, Uelsin qapısına qol vurub, halbuki o zaman oyunçu azyaşlı sayılırdı. Pelenin 18 yaşı tamam olmamışdı. (17 il və 239 gün)
9. Hakimləri kompüterlər əvəz edir

İlk dəfə çempionatda GoalControl-4D xüsusi sistemi istifadə edilir. Bu sistem avtomat rejimdə topun qapı xəttini keçdiyini və vuruşun qol hesab edilməsini təyin edir. Topa müxtəlif yerlərdə, o cümlədən stadionun gümbəzinin altında quraşdırılmış 14 kamera nəzarət edir. Belə sistem adi stop-kadrdan hətta ən təcrübəli hakimin baxışından belə daha dəqiqdir.
10. Davamiyyət rekordu ABŞ-a məxsusdur.

Futbolun Amerikada digər milli idman növləri ilə müqayisədə elə də populyar olmasına baxmayaraq Dünya çempionatının davamiyyət üzrə rekordu məhz burada qoyulub. 1994-cü ildə oyunu 3,6 milyon fanat izləyib. Hər oyun üçün orta göstərici 70 min adam idi. Son matça 94 min adam baxıb. O zaman İtaliyaya penaltilərin hesabına Braziliya qalib gəlmişdi.