Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nəsli kəsilməkdə olan növün taleyi 120 qramlıq canlının əlində - VİDEO
Yer üzündə yaşayan milyardlarla heyrətamiz canlı var, lakin təəssüf ki, onların çoxu hazırda yox olmaq təhlükəsi ilə üz-üzədir. Bunlardan biri də növləri nəsli kəsilmək ərəfəsində olan Kokerel sifaka lemurudur.
Avropada sayının bərpası üçün bu növə qulluq edən üç zooparkdan biri “Chester Zoo”nun yaxşı xəbərləri var - nadir növün balası dünyaya gəlib. İşçilərin sözlərinə görə, kiçik ümidin çəkisi cəmi 120 qramdır.
Hazırda Avropa zooparklarında daha beş kokerel sifakası yaşayır, yeni doğulmuş bala bu siyahıda altıncı olacaq. Buna görə də, növün yeni nümayəndəsi bu qədər xüsusidir.
Qeyd edək ki, son 30 ildə kokerel sifaka lemurlarının vəhşi populyasiyası inanılmaz dərəcədə - 80% azalıb. Buna əsas səbəb kimi, onların planetimizdə məskunlaşdığı yeganə regionun - Madaqaskar adasının yaşayış yerlərinin itirilməsidir.
Nəticədə, elm adamları bu növ lemuru nəsli kəsilməkdə olan kimi təsnif ediblər.
Zoopark rəsmiləri parlaq gözlü körpənin ağacdan ağaca tullanarkən anasının tükündən möhkəm yapışdığını göstərən video nümayiş etdiriblər.
Mənbə: Focus.ua
"Madaqaskar" teqi üzrə xəbərlər
- Madaqaskar sahillərində iki gəmi çevrildi: 20-dən çox insan həlak oldu
- Azərbaycanda universal poçt rabitəsi xidmətləri üzrə tariflər təsdiq edilib - CƏDVƏL
- Yuri Oliynık: “Fransa siyasətçiləri Ermənistanı nə qədər sevdiklərini nümayiş etdirirlər” - MÜSAHİBƏ
- Zooparkdan qaçış: Ancaq bu dəfə Madaqaskarda deyil - VİDEO
- Alimlər “sehrli dairələr”in qlobal atlasını tərtib ediblər - VİDEO