Antaliyada təşkil edilən 10-cu Beynəlxalq Qum Heykəli Festivalında dünyanın 14 (7 qədim, 7 yeni) möcüzəsi və mifoloji qəhrəmanların qumdan heykəli sərgilənir.
Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Burada Çin səddi, Machu Picchu, Chichen İtza piramidası, Tac Mahal heykəlləri ilə yanaşı Thor, Afrodita kimi əfsanəvi adlar, mifoloji qəhrəmanların qumdan düzəldilmiş heykəlləri təqdim olunur.
Festival noyabr ayına qədər davam edəcək.
Aytən Sadıqzadə
www.oxu.az