Oxu.Az Elle-nin versiyasına görə, Rusiyanın ən gözəl 10 gənc aktrisasının siyahısını və fotolarını təqdim edir:
Liza Boyarskaya
Mixail Boyarskinin qızıdır. Teatr səhnələrində oynadığı rollarla və “Taleyin oyunu -2” və “Admiral” kassa filmlərinə qədər özünü təsdiqlədi. Valeri Meladzenin kliplərinin çəkilişində isə aktrisanın seksual karizmalı gözəl xanım kimi yeni bir tərəfi üzə çıxdı.

Anya Çipovskaya
Gözəl kinoaktrisa yalnız ekranları fəth etmir, Bohemique qara krujevalarından və şərab rəngli dodaq boyasından ibarət fərdi look-a sahib olan gözəl cəmiyyətdə də özünə qarşı böyük maraq doğurur. Biznesmen Daniil Sergeyev onun daima müşayiət edir, deyilənlərə görə qarşıda toy təntənəsi gözlənilir.

Marina Aleksandrova
İdeal həyat yoldaşı və ana rolu üçün “Sovremennik”in birinci gözəli doğma teatrın divarlarını tərk edib və çoxsaylı kino təkliflərindən imtina edib. 2001-ci ildə Aleksandr Zbruyev ilə oynadığı “Şimal parıltısı” filmindəki roluna qarşı tənqidçilər çox alicənab davrandılar.

Yuliya Snigir
“Məğlubedilməz 5” filmində onun tərəf müqabili Brüs Uillisin özü olub. Ecazkar Yuliya Snigirin şəxsi həyatı bir qədər dumanlıdır, operator Maksim Osadçi ilə ayrıldıqdan sonra Danila Kozlovski ilə eşq macərası yaşayan gənc aktrisalar sırasında adı çəkilir.

Aqniya Ditkovskite
Onun üçün debüt olan “İsti” filminin ekranlara çıxışından sonra Aqniya Ditkovskite ən gözəl aktrisa hesab edilirdi. O, Maybelline New York markasının ilk rus “siması” oldu.

Yekaterina Klimova
Teatr və kino aktrisası, Garnier Color Naturals markasının siması Yekaterina Klimova tamaşaçıların yaddaşında “Biz gələcəkdənik” filmindəki rolu ilə qaldı.

Yekaterina Vilkova
Onun ölkənin baş aktrisası olmaq şansı var idi. Çəkildiyi “Stilyaqi”, “Qara şimşək”, “Küknarlar”, “Mübadilə üzrə toy” filmləri ən çox baxılan filmlər idi. O, birinci kanalın buz şousunda da iştirak edib. Aktyor İlya Lyubimov ilə ailə həyatı qurduqdan və 2 uşaq dünyaya gətirdikdən sonra aktrisa patriarxal ailənin sərt məişətinə boyun əyməli oldu.

Oksana Akinşina
Akinşinanı artxaus tipli aktrisa hesab edirdilər. “Bacılar” və “Daima Lilya” kimi ciddi layihələri tez bir zamanda daha sadə və kütləvi tamaşaçıya aydın olan “Stilyaqi” və “Vısotski. Çox sağ ol ki, yaşayırsan” filmləri əvəz etdi.

Svetlana Ustinova
Aktrisa üçün şöhrət gətirən film “Bumer. İkinci film” oldu. Filmdəki Daşa roluna onu rejissor Petr Buslov şəxsən təsdiqləyib.

Svetlana Xodçenkova
Stanislav Qovoruxinin “Qadına xeyir-dua verin” filmində debüt edən gənc aktrisa Svetlana Xodçenkova dərhal “Nika” mükafatına nominant oldu. “Böyük şəhərdə məhəbbət” və “Metro” kimi kassa filmlərindən başqa Xodçenkova uğurla Qərbdə də çəkilir. Onun aktivində bir neçə xarici: “Casus, rədd ol!” və “Rossomaxa: Ölümsüz” döyüş filmləri var.

S.S.
www.oxu.az