Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Alek Bolduin rəsmi olaraq ittiham edildi
Hollivud ulduzu Alek Bolduinə qarşı “Rust” (“Pas”) filminin çəkilişləri zamanı odlu silahdan açdığı təsadüfi atəş nəticəsində operator Qalina Hatçinsin qəsdən öldürülməsi ilə bağlı Nyu-Meksiko Ştat Prokurorluğu tərəfindən rəsmi ittiham irəli sürülüb.
Bu barədə qurumun nümayəndələri məlumat veriblər.
Prokuror bildirib ki, Bolduinin mərhumun ailəsi ilə razılaşması işin gedişinə təsir etmir.
Onun sözlərinə görə, silahlara cavabdeh olan Hanna Quterez-Redə qarşı da oxşar ittihamlar irəli sürülüb. Qeyd olunur ki, vəkillər müdafiə etdikləri şəxslərin təqsirsiz olduqlarını bəyan ediblər.
Mənbə: CNN
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər