Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Azərbaycanın Xalq artisti Qremmi mükafatına namizəd seçildi - FOTO
Beynəlxalq Qremmi mükafatının 2023-cü ilin siyahısına daxil olan albomlar seçiminin nəticələrinə əsasən “Fikrət Əmirov 100” albomu Grammy Səsyazma Akademiyasının Lonqlist siyahısına daxil olub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gələcək nəticələrdən asılı olmayaraq artıq pianoçu Yeganə Axundova "Grammy balloted" artist adını qazanıb.
Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov 100” diski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb. İfaçı – pianoçu, Respublikanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova, səs rejissoru Nazim Kərimovdur. “Fikrət Əmirov 100” diski rəqəmsal olaraq “Apple Music”, “Spotify”, “Yandex Music”, “Vk Music”, “Boom”, “YouTube Music”, “Tidal”, “Deezer”, “Shazam” kimi platformalarda yerləşdirilib.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Bu gün Milli Teatr Günüdür
- Azərbaycan Memarlar İttifaqı VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsini elan edib
- Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların siyahısında DƏYİŞİKLİK EDİLDİ
- Ordubadda yerləşən "Ərbabın iş yeri" və ona bitişik tarixi bina bərpa olunacaq
- Türkiyəli aktrisa "44" bədii filmindən video paylaşıb