Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı Bələdiyyə Teatrı mükafat aldı – FOTO
“Bakılı” Beynəlxalq Mədəni Cəmiyyəti tərəfindən təsis olunan “Humay” milli mükafatının təqdimetmə mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə təqdim olunan “Humay” milli mükafatı 26-cı dəfə sahiblərinə verilib.
Mükafat alanlar sırasında Bakı Bələdiyyə Teatrı da olub.
Teatrın bədii rəhbəri Xalq artisti Amaliya Pənahova və 12 nəfərlik heyət Bakı Bələdiyyə Teatrının 25 illiyi münasibətilə mükafata layiq görülüb.
Gecədə mükafatlarını almaq üçün teatrın aktyorları – Əməkdar artist Hüsniyyə Mürvətova, Tural Baxış, Tural Əhməd, Zülfiyyə Qurbanova, Zülfiyyə Məmmədova, Elxan Rza, Toğrul Rza, Ülviyyə Rza, Rəşid Soltanov, Nigar Babayeva, İlqar Musayev və Cövdət Şükürov da iştirak edib.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər