Novruz bayramının qeyd olunması xalq adətlərinin ən gözəllərindən biridir. Novruz – yaz bayramı, yeni ilin gəlməsidir.
Oxu.Az xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi ənənəni pozmayaraq möhtəşəm festival keçirib. Milli geyimlər geyinmiş rəqqaslar milli musiqi sədaları altında rəqs edərək kinoteatrın foyesində “28 Mall” və “Ganjlik Mall” ticarət mərkəzlərində yürüş ediblər. Qonaq və tamaşaçılar böyük məmnuniyyətlə bu yürüşə qatılıblar, xatirə şəkilləri və selfi çəkdiriblər.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
A.S.
www.oxu.az