Bakı qrupu “Beatheaven” Emin Ağalarovun və Svetlana Lobodanın “Səmaya baxırsan” klipinin təqdimatında çıxış edib.
Oxu.Az 1news.az-a istinadla xəbər verir ki, Nobu restoranında Emin Ağalarovun və Svetlana Lobodanın “Səmaya baxırsan” klipinin təqdimatı keçirilib.
Artistləri Qriqori Leps, Anastasiya Voloçkova, Vladimir Vinokur, Nyuşa, Keti Topuriya, Stas və İnna Mixaylovlar və başqaları təbrik ediblər. Təqdimata fəxri qonaq kimi Bakı qrupu “Beatheaven” də dəvət olunub.
Bu barədə qrupun solisti Diana Hacıyeva bildirib. Bakı qrupu Moskva tamaşaçıları qarşısında üç saatlıq proqramla çıxış edib.
Xatırladaq ki, “Beatheaven” çox qısa bir zaman ərzində Azərbaycan paytaxtının klub həyatının ayrılmaz hissəsinə çevrilib. Hal-hazırda “Beatheaven” qrupunun özəlliyi dünyaca məşhur hitlərin cover-versiyalarının ifasıdır.