"Söz" filmində öz həyatımı canlandırmışam".
Bunu Oxu.Az-a açıqlamasında Baku TV-nin istehsal etdiyi "Söz" filminin baş qəhrəmanı Ələkbər Nəsirov deyib.
O bildirib ki, İkinci Qarabağ Müharibəsinin iştirakçısıdır və film məhz onun döyüş yolundan, müharibə yoldaşlarından bəhs edir:
"Aktyor deyiləm, bu mənim ilk təcrübəmdir. Filmdə ürəyimdən gələnləri çatdırmağa çalışmışam".
Ə.Nəsirovun sözlərinə görə, ekran işi dörd gün ərzində lentə alınıb.
Aləmdə Nəsib