Xalq artisti Əminə Yusifqızı dəfn edilib.
Oxu.Az xəbər verir ki, onun nəşi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Xalq artisti Əminə Yusifqızı ilə Təzəpir məscidində keçirilən vida mərasimi başa çatıb.
Oxu.Az xəbər verir ki, onun nəşi dəfn edilmək üçün "Qurd qapısı" qəbiristanlığına yola salınıb.
Ötən gün 89 yaşında vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, vida mərasimi Təzəpir məscidində baş tutur.
Vida mərasimində mərhum sənətkarın yaxınları, ictimaiyyət nümayəndələri, sənət yoldaşları iştirak edirlər.
Mərasimdən sonra onun nəşi dəfn edilmək üçün "Qurd qapısı" qəbiristanlığına aparılacaq.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif
Xalq artisti Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Bu barədə Oxu.Az-a onun nəvəsi Leyla Əliyeva məlumat verib.
Qeyd edək ki, Xalq artisti ötən gün 89 yaşında vəfat edib.
Bu gün Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi olacaq.
Mədəniyyət Nazirliyindən Oxu.Az-a bildirilib ki, mərasim saat 12:00-da Təzəpir məscidində keçiriləcək.
Əzizə İsmayılova