Xalq artisti Fidan Hacıyevanın tələbəsi Nəzrin Həsənzadə “Salut talantov” VII Beynəlxalq Musiqi Festivalında ikinci yeri qazanıb.

Oxu.Az-a bu barədə F.Hacıyeva məlumat verib.
12 yaşlı N.Həsənzadə akademik vokal ifasına görə “Diplom”la təltif olunub.

Qeyd edək ki, ümumilikdə, festivala 45 ölkədən 850 iştirakçı qatılıb.
Aytən Sadıqzadə
www.oxu.az