Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyinatı olub.
Mədəniyyət Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, bu posta Vasif Qurbanzadə təyin edilib.
"Mədəniyyət naziri Adil Kərimli təyinatla bağlı müvafiq əmr imzalayıb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, təyinatdan əvvəl Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional İdarəsində rəis olan Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəzləyib.
Əzizə İsmayılova