5 oktyabr – “Ümumdünya Müəllimlər Günü” kimi qeyd olunur.
Oxu.Az xəbər verir ki, 1966-cı ilin bu günündə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən “Ümumdünya Müəllimlər Günü” kimi təsis edilib. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.
Əlbəttə, hər birimizin həyatında müəllimin rolu danılmazdır. O, gələcəyin həkimi, hüquqşünası, jurnalisti, diplomatı, dövlət başçısını və s. yetişdirir.
“Müəllim günü” münasibətilə biz də Xalq Artisti, professor Siyavuş Kəriminin rektoru olduğu Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllim kollektivini ziyarət etdik. Bizi konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylər qarşıladı.
İlk olaraq dərs otaqlarından birindən eşidilən məlahətli səsin sahibinə tərəf addımladıq. Bu, Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı Aygün Bayramova idi.

“17 ildir Asəf Zeynallı adına Musiqi Kollecində, 15 ildir Azərbaycan Milli Konservatoriyasında dərs deyirəm. Dərs prosesi, tələbələrlə işləmək olduqca maraqlıdır. Bir də görürsünüz ki, qəfildən Siyavuş müəllim xarici qonaqlarla birlikdə dərs otağına daxil olaraq, prosesi izləyir”,- deyə Aygün Bayramova bildirdi.

Zülfiyyə Cəbrayılzadə - III kurs tələbəsi
Əziz müəllimlər, bayramınız mübarək!
Aytən Sadıqzadə
Foto: Ehtiram Jabi
www.oxu.az