Məşhur polşalı fotoqraf Tomaş Pşıxodzyenin Oxu.Az üçün müsahibəsi.
- Tomaş, oxucularımıza özünüz barədə bilgi verməyinizi xahiş edirəm. Foto çəkməklə nə zamandan maraqlanırsız və buna Sizi nə ilhamlandırdı?
- Mənim fotoqrafiya çəkməklə nə zaman maraqlanmağa başladığımı demək çətindir. Mənim 8 yaşı olanda, ilk dəfə kameranı əldə etdim və, çox güman ki, bu zaman da ilk şəkilimi çəkmişəm. Mən, hamı kimi, hər şeyi və hər yerdə foto çəkməyə başladım, səyahətlərdən və ya tədbirlərdən yüzlərlə şəkil gətirirdim. Vaxt keçdikcə, mən ekspozisiya, kompozisiya və fotoqraflığın digər vacib detallarını anlamağa başladım. Mən digər fotoqraflarla tanış olmağa, fotoqrafiya ilə bağlı kitabları oxymağa, bacarıqlarımı inkişaf etdirməyı başladım. Düşünürəm ki, texniki tərəflər fotoqraflıqda ən əsas məsələ deyil, çünki bu, təcrübə ilə qazanılır. Əsas yaradıcılıq prosesində diqqətini cəmləşdirməkdir. Mən Anri Kartye-Bresson, Riçard Avedon, Robert Kapa, Tomaş Qudzovatı kimi fotoqrafların işləri ilə tanış olurdun, onların işləri də məni ilhamlandırırdı.
Əvvəlcə mən hər şeyi çəkirdim: landşaftı, makroçəkilişləri, küçələri, portretləri, memarlıq nümunələrini, sonradan isə müəyyən sahələr üzrə diqqətimi cəmləşdirməyə başladım. Hazırda mən əsasən küçələrin və memarlıq nümunələrinin çəkilişləri ilə maraqlanıram. Mən insanları müşahidə etmək, hər bir hətta kiçik detalı çəkməyi xoşlayıram. Bir çox insanların ayaq saxlamaq, bu məqamları müşahidə etmək, onları yaşamağa vaxtı az olur. Mənim üçün bu, gündəlik həyatımın əsas hissəsidir.
Fotoqraflıq məni daha çox axtarmağa məcbur edir və kameranın linzalarından reallığı dərk etdiyimi göstərməyə çalışıram. Bunu göstərmək qabiliyyəti mənə toylardan fotoreportaj etdiyim zaman kömək edir. Bu, tədbirdən fotoreportaj etməkdən daha çətindir. Çünki bu memarlıq nümunələrini çəkmək deyil, çünki burada sənin ikinci kadr çəkmək şansın olmayacaq. Sənin hər bir məqamın çəkməsi üçün yalnız bir fürsətin olacaq. Düşünürəm ki, bu məqamları çəkmək qabiliyyəti yaxşı fotoqrafı müəyyən edir.
Digər tərəfdən, memarlıq nümunələri isə mənə bir qədər düşünməyə imkan verir. Mənim rahatlaşmağa, gizli mənaları tapmağa vaxtım var. Mən orada dərk etmə hissini yaşayıram. Hər şey planlaşdırılıb, hər bir element öz mövcudluq vacibliyinə sahibdir. Bu, xaos, nizamsızlıq və hər bir elementin unikallığı ilə dolu olan küçə fotoqraflığının tam əksidir. Burada qeyri-mükəmməllik böyük üstünlük kimi qiymətləndirilə bilər. Xoşbəxtlikdən, böyük şəhərdə yaşayıram, bu isə mənə asanlıqla hər iki marağımı fotoqraflıqda realizə etməyə imkan yaradır.
- Azərbaycanda şəkillər çəkmək ideyası Sizin ağlınıza necə gəlib? Buraya gəlməzdən əvvəl Sizin ölkəmiz barədə hər hansı bir məlumatınız var idi?
- Fotoqraflıqdan savayi, mən dünyada layihələri həyata keçirən QHT-nin prezidentiyəm. Mənim Azərbaycana gəlməyim təşkilatımın gerçəkləşdiyi fotolayihənin bir hissəsi idi. Biz fotoqraf və ya fotoqraf olmaq istəyən, jurnalistlər və kinorejissorlardan ibarət bir qrup gənclə fevralda bir həftəlik gəldik. Əsas ideya ekspertlərin rəhbərliyi altında onların bacarıqlarını artırmağa, eləcə də Polşada Azərbaycana dair fotosərgi üçün bəzi materiallar yığmaqdan ibarət idi.
- Azərbaycana gəldiyi zaman ilk təəssüratınız hansılar olub?
- Mən burada 2008-ci ildə qısa müddət ərzində oldum. Mən Gürcüstanda tələbə mübadiləsi proqramı üzrə oxuyurdum. Çox isti idi, küçələrdə xaos hökm sürürdü, ətraf kifayət qədər çirkli idi. Yadımdadır, mənim problemim var idi, dostumun mənzilini tapa bilmirdim. Mən soruşdum ki, lazım olan küçəyə neçə çatım, özüm isə sən demə həmin küçədə dayanırdım, insanlar isə deyirdilər ki, o küçənin harada olduğunu bilmirlər. Sonrada dostum dedi ki, küçəni müəyyən işarə ilə tapmaq asandır. İndi isə Bakıda hər şey tamam başqa cür görünür. O, çox tez bir zamanda postsovet şəhərdən müasir Avropa meqapolisi transformasiya olunub.
- İncəsənət nümayəndəsi kimi, Azərbaycanı necə xarakterizə edərdiniz?
- Ölkəni bir ya iki qısamüddətli səfərdən sonra təsvir etmək çətindir. Mənim üçün bu, kontrastlar və sürətli inkişaf ölkəsidir. İndi Azərbaycan öz müasirliyi ilə fəxr edə bilər və “şüşəli binaların” ideyası burada da inkişaf edib. Məni bir tərəfdən Bakıda müasir memarlıq nümunələrinə heyran olmaq, digər tərəfdən isə, ölkənin Lahıc kimi ucqar yerlərinə gedərkən, sanki başqa bir ölkəyə düşmüş kimi hissi yaşamaq imkanı cəlb edir. Bu təzad həm üstünlük ola bilər, eyni zamanda da yerli mədəniyyət üçün təhlükə yarada bilər. Ümid edirəm ki, mən bu müasirliyi kənd regionlarda görməyəcəm.
- Öz işlərinizdə Siz, sözsüz ki, memarlıq şedevri və Bakının yeni simvolu olan Heydər Əliyev Mərkəzinə böyük diqqət yetirmisiniz. Siz bu binanı ilk dəfə görəndə ağlınızdan nə keçdi?
- Mən düşündüm ki, bu, mümkünsüzdür. Mən şəkilləri görmüşdüm, onun möhtəşəm olduğunu bilirdim amma gördüklərim gözlədiyimdən artıq oldu. Yalnız bu mərkəzin çəkilişinə iki-üç gün sərf edə bilərdim. Binanın ətraf əraziyə uyğun salınması xoşuma gəldi. Xüsusi ilə Xəzər dənizinin formalarını xatırladan divarın formasının əlaqəsi xoşuma gəldi. Varşavada bir çox hallarda gözəl müasir binalar şəhərin memarlıq ansamblına uyğun gəlmir. Burada isə hər şey əksinədir. Mən yalnız təəssüf edirəm ki, binanı içəridən görə bilmədim. Bu, mənim bura bir daha gəlməyim üçün motivasiya ola bilər.
- Siz həmçinin Bakının kənarında da çoxlu şəkillər çəkmisiniz. Bakı Azərbaycanın kənd ərazilərdən fərqlənirmi? Şəhərli və kəndli Azərbaycan arasında fərqi nədir?
- Buraya gəlməzdən əvvəl düşünürdüm ki, azərbaycanlıların əksəriyyəti müsəlman olduğu faktı böyük şəhərin küçələrində gördüklərimə təsir edəcək. Polşada praktiki olaraq müsəlman cəmiyyət yoxdur, ona görə də çoxlu şəxslərarası münasibətlərin şahidi olacağımı gözləyirdim. Burada bir neçə gün keçirdikdən sonra gördüm ki, şəhərdə rast gəldiyim insanlar Avropada gördüyüm insanlardan fərqlənmirlər. Onlar Polşada gündəlik həyatdakı kimi ticarət mərkəzlərində alış-veriş edirlər, barlarda otururlar. Kənd ərazilərdə isə hər şey fərqlidir. Lahıcda insanların əlaqələri kifayət qədər sıxdır. Onlar bir birini tanıyırlar, mədəniyyətə və ənənələrə böyük diqqət yetirirlər. Bakı ilə müqayisə etdikdə, iqtisadiyyatla bağlı böyük fərq görmək olar. Siz, Azərbaycanın kənd ərazilərində neft sənayesinin bu cür böyük təsirini görməyəcəksiniz. Kiçik kənddə paytaxtdan fərqli olaraq, Ferrari görmək çətindir.
- Hansı şəkili siz “Azərbaycanda etdiyim ən gözəl şəkil” adlandıra bilərsiniz və nəyə görə?
- Təbii ki, bu, Heydər Əliyev Mərkəzinin “İnanılmaz” adlı şəkilidir. Bu şəkil çoxlu mükafatlar qazanıb və dünyanın 15 ölkəsində nümayiş olunub. Amma mən bu şəkili, onun yaranma tarixinə görə sevirəm. Bu, mənim Azərbaycanda səyahət etdiyim ilk günlərdən idi. Biz günəşin qalxmasından əvvəl, səhər saat 5-də durmalı idik. Hava o gün çox pis idi – güclü külək əsirdi, səma buludlarla örtülü idi, yağış yağırdı. “Normal insan” bu havada şəkil çəkməzdi, amma mən dedim ki, təslim olmaq olmaz. Şərait çətin idi, yağış kameranın obyektivini bulayırdı, bir çox şəkilləri damcılara görə silməyə məcbur oldum. Amma axırda mən bir şəkil çəkdim.
Məlum oldu ki, pis havanı şəkili unikal eləmək üçün istifadə etmək olar. Ekspozisiyanın 8 saniyəsi ərzində mən dumanlı səma və binanı əks etdirən yaş asfalt arasında yaxşı effektə nail ola bildim. Mən bunu günəşli və açıq səmalı havada edə bilməzdim. Və, təbii ki, incə nüans var: bina qarşısında dayanan insan. Bu, havanın pis olduğunu düşünən və belə havada yaxşı şəkil çəkmək mümkünsüz sayan dostumdur. Onun kiçik silueti binanın ölçülərini anlamaq, onun möhtəşəmliyini və insanın böyük dünya ilə müqayisədə necə də kiçik olduğunu dərk etməyə imkan verir. Ona görə də bu, memarlıq nümunəsinin sıradan bir şəkili deyil.
- Ölkəmizdə fotoçəkiliş zamanı hər hansı çətinlik var idimi?
- Ən böyük problemlərdən biri hava idi. Ən yaxşı şəkillər “qızıl saat” - gün çıxarkən, yaxud da qürubdan əvvəl və ya sonra edilir. Düşünürəm ki, Azərbaycanda olduğumuz zaman bizim yalnız 1 ya 2 gün çıxması/qürubu olub. Qalan günləri üfuq buludlarla bağlı idi.
Bir çox hallarda bizim təhlükəsizlik işçiləri ilə problemlərimiz olub. Bütün müasir binalar təhülkəsizlik xidmətinə sahibdilər və onlar adətən fotoçəkiliş üçün icazə istəyirlər və özlərini polis kimi aparırlar. Ona görə mən Alov Qüllələrinin şəkillərini yaxın məsafədən çəkə bilmədim. Mən həqiqətən də bu yanaşmanı anlamıram, çünki gözəl memarlıq nümunələrinin təsvirləri xaricdə ölkə üçün tanıtım rolunu oynaya bilər. Azərbaycan hökuməti şübhəsiz bu məsələ üzərində işləməlidir. Polşada bizdə də belə məqamlar olub, amma indi belə şeylər tez-tez baş vermir, xüsusi ilə fotoçəkilişlə bağlı xüsusi qanun qəbul etdikdən sonra. Qanun fotoqrafçılara maneçilik törətməyə görə cərimə nəzərdə tutur.
- Buraya bir də gəlmək istərdinizmi və ölkəmizdə hansı təcrübəni əldə etdiniz?
- Fotoçəkilişlə bağlı təcrübəyə gəlincə, mən bir daha əmin oldum ki, hər şey sənə qarşı olsa belə - hava, mühafizəçilər və s., sən yenə də keyfiyyətli şəkillər çəkə bilərsən, əsas məsələ cəhd etmək və təslim olmamaqdır. Ümumi təcrübəyə gəldikdə isə, ölkəni ziyarət etdikdən sonra mən inanılmaz sürətlə inkişaf edən Bakını izləyəcəm. Bilmirəm, buraya bir də gələcəm ya yox. Ümid edirəm ki, şəhərin necə dəyişdiyini izləmək imkanım olacaq, lakin bu, bir çox amillərdən asılıdır. Fotoqraf sənəti səyahətlərə çox vaxt sərf etməyi tələb edir. Mən xaricdə də şəkillər çəkirəm, bəlkə də buraya da fotosessiya üçün gəldim...
- Sizin Azərbaycan fotoqrafların işlərini görmək imkanınız oldumu? Əgər belə bir imkanınız olubsa, Siz onlara nə tövsiyyə edərdiniz?
- Düzünü desəm, Azərbaycan fotoqrafları məni valeh etmir. Mən Azərbaycan dostlarım vasitəsilə bir neçə onların şəkilləri gördüm və onlarla bağlı bir neçə qeydlərim var. Birincisi, onların Facebookda çoxlu izləyiciləri var. Siz 50-100 min insan tərəfindən bəyənilmiş fotoşəkilləri görə bilərsiniz. İkincisi, fotoqrafların son model kameraları var, amma avadanlıq heç də həmişə şəkillərin keyfiyyətli olacağı anlamına gəlmir. Bir çox hallarda müəyyən keyfiyyətə nail olmaq üçün baza avadanlıqla işləmək lazımdır.
Texniki limitlərlə bağlı bütün çətinliklərin dəf edilməsi mənə kreativ həllər tapmağa və bacarıqlarımı artırmağa yardım etdi. Ona görə Azərbaycan fotoqrafları, unutmayın, kamera sadəcə öz dünya görünüşünü digərləri ilə paylaşmağa imkan verən avadanlıqdır. Kamera həll deyil. Minlərlə dollar peşəkar kamera ilə işləməyin sirlərini açan peşəkar tədrisə sərf etmək daha məqsədəuyğun olardı. Fotoqraflıqda həmçinin öz məhsulunu “bazara çıxarmaq” da çətindir. Bu gün hər kəs rəqəmsal kameraya sahibdir, lakin 1 faiz insan bu işdə uğur qazanıb, ona görə də, əgər sən tam olaraq özünü gördüyün işə həsr etmirsənsə, çox güman ki, sən bu 1 faiz olan uğur qazananlar qrupdan xaric qalcaqsan.
- Gələcək planlarınız nədir?
- Mənim planlarım əsasən sifarişlərdən asılıdır. Mənim toyların, biznes tədbirlərin və s. fotosessiyalarına dair planlarım var. Eyni zamanda mən foto avadanlıqla məşğul olan şirkətimi və www.przychodzien.com saytımı inkişaf etdirirəm. Sentyabrın əvvəlində mən İtaliyada yerləşən Dolomit Alp dağlarına gedəcəm ki, orada bir neçə kadr çəkim. Mənim həmçinin Fransa və Almaniyada bir neçə fotosessiyam olacaq. Mən həmçinin işlərimin fotoalbomunu da nəşr etmək, və İslandiyada fotosərgi təşkil etmək planlaşdırıram. Bunu səbirsizliklə gözləyirəm!
Şamil Əlibəyli
www.oxu.az