Məşhur “Taxt oyunları” serialının operatoru Mark Milsom 54 yaşında faciəli şəkildə dünyasını dəyişib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə “The Forgiving Earth” serialının gecə çəkilişi zamanı baş verib. O, kaskodyarların avtomobillə bağlı tryuklarının yerinə yetirilməsi zamanı həlak olub.
Hadisənin təfərrüatları barədə ətraflı məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.
Aytən Sadıqzadə
www.oxu.az