Türkiyənin “Star TV” kanalında və 60-dan artıq ölkədə yayımlanan “Kara sevda” serialı Nyu-Yorkda təşkil olunan “Emmi” mükafalandırma mərasimində “Ən yaxşı serial (telenovella)” nominasiyası üzrə qalib olan ilk türk serialı olub.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, mükafat serialın rejissoru Hilal Saral, ssenari müəllifləri Burcu Görgün Toptaş və Kerem Çataya təqdim olunub.
Ekran əsərində baş rolları Burak Özçivit, Neslihan Atagül və Kaan Urgancıoğlu canlandırıb.
Qeyd edək ki, “Emmi” - ABŞ-da televiziya sahəsində təqdim edilən mükafatdır. “Oskar” (kino sahəsində) “Qremmi” (musiqi sahəsində) və “Toni” (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir.
Aytən Sadıqzadə
www.oxu.az