Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - FOTO
18 Sentyabr - Milli Musiqi Günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Birinci Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
“Report” xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
A.Kərimli Üzeyir Hacıbəyli irsindən, onun musiqi sahəsinə verdiyi töhfələrdən danışıb.
Sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edib.
Çıxışlardan sonra Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyulub.
Sonda mədəniyyət və ictimaiyyət nümayəndələri Birinci Fəxri xiyabanda mədəniyyət və musiqi xadimlərinin məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.
"Adil Kərimli" teqi üzrə xəbərlər
- Adil Kərimlidən rəis TƏYİNATI
- İcra hakimiyyəti orqanlarının fevral ayında keçiriləcək vətəndaş qəbulunun CƏDVƏLİ
- Xalq artisti Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI