"Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar oktyabrın 9-u, saat 14:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Bu zaman Xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Xalq artisti Əminə Yusifqızı vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a 89 yaşlı mərhumun yaxınları məlumat veriblər.
Qeyd edək ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda dünyaya gəlib.
1958-1974-cü illərdə Akademik Milli Dram Teatrında çalışıb.
1974-cü ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında dublyaj və səsləndirmə sahəsində çalışan Əminə Yusifqızı 200-dən çox filmdə səsləndirmə edib.
O, "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. kimi filmlərdə və televiziya tamaşalarında da rol alıb.
2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əminə Yusifqızı Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.