Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, erməni hərbçilər Ağdamın işğal altında olan Güllücə kəndinin ərazilərinə od vurub.
Eyni vaxtda rayonun dağ massivində və Novruzlu kəndinin ərazisində də yanğın müşahidə olunub.
A.M.