Bakının mərkəzi küçəsində sərnişin avtobusu piyadanı vurub.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın “Beşmərtə” adlanan ərazisində baş verib.
Məlumata görə, 65 nömrəli sərnişin avtobusu qadağan olunmuş yerdən yolu keçmək istəyən 20-25 yaşlı oğlanı vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
A.M.