Dünyaca məşhur fotoqraf Reza Deqati Qubadlı rayonunun işğaldan azad edilmiş hissəsində çəkiliş aparıb.
Bu barədə fotoqraf “Instagram” hesabında paylaşım edib.
Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh içində yaşadığını, ölkəmizdə qadınlara səsvermə hüququnun Fransadan 20 il əvvəl verildiyini qeyd edən fotoqraf Qubadlıda məsciddə qarşılaşdığı mənzərədən bəhs edib.
“Məscidə daxil oldum, ətrafa baxdım, döşəmə nəcislə örtülmüşdü, qoxusu ağır idi. Heyvanlara su vermək üçün istifadə olunan iki kasanın fərqinə vardım. Əsgərlər mənə dedilər ki, məscidi açanda donuzlarla dolu idi. Bu dini məkan illərdir erməni işğalçıları tərəfindən donuz tövləsi kimi istifadə olunub”, - deyə fotoqraf bildirib.
View this post on Instagram"Fransa" teqi üzrə xəbərlər
- Tibbdə inqilabi yenilik: İnsan dərisini əvəz edəcək texnologiya hazırlandı
- Fransada polislərə odlu silahdan istifadə ilə bağlı yeni hüquqi təminat verilir
- Jerar Depardyeyə qarşı istintaq başladı: Film çəkilişlərində təcavüzdə ittiham olunur
- Fransanın keçmiş baş naziri prezidentliyə namizədliyini irəli sürür
- Paris meri mühüm iclasa gecə "GTA VI" oynadığı üçün gecikib? - Foto
Digər xəbərlər