Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Silahlı Qüvvələrin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi azaldılır
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyətinin yaradılması ilə bağlı yaş həddi azaldılır.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda ehtiyat şəxsi heyətinin yaradılmasına rayon (şəhər) çağırış komissiyalarının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız sayılmış kişi cinsindən olan çağırış yaşlı (18-35 yaşlı) vətəndaşlar; Azərbaycan Respublikasının "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın Əsasları haqqında" Qanununun tələblərinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fərmanlarına uyğun olaraq həqiqi hərbi xidmətdən möhlət almış və son çağırış yaşına (35 yaşa) qədər hərbi xidmət keçməyən kişi cinsindən olan vətəndaşlar və digər kateqoriyadan olan vətəndaşlar cəlb edilir.
Dəyişikliyə əsasən isə 35 yaş həddi 30-a endirilir.
"Hərbi xidmətə çağırış" teqi üzrə xəbərlər
- Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
- Hərbi geyim forması ilə bağlı qaydanı pozanlar 1000 manatadək cərimə oluna bilərlər
- Əli Əsədovdan qurumlara hərbi xidmət keçmənin son yaşının endirilməsi ilə BAĞLI TAPŞIRIQ
- Bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb
Rəylər