Artıq bir neçə gündür ki, Vətənimizdə qanlı döyüşlər davam edir. Erməni işğalçı qüvvələri tarixi, əzəli Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi əməliyyatlar aparmaqdadır.
Bu sözləri azərbaycanlı şahmatçı, beynəlxalq qrossmeyster Teymur Rəcəbov öz “Instagram” səhifəsində yazıb.
“Mən Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə qınayıram. Erməni işğalçı qüvvələri dərhal bizim torpaqlarımızı tərk etməlidir! Bu, mövcud vəziyyətin həlli üçün yeganə çıxış yoludur. Şanlı ordumuzun cəsur əsgərləri düşməni qətiyyətlə dəf edərək doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcəklər!
Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Vətənimizin ayrılmaz hissəsi olub və olacaq!”, - deyə T.Rəcəbov qeyd edib.
View this post on Instagram"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda güllə yarası almış hərbçinin meyiti aşkarlanıb
- Bəhreyndə Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olundu
- COP18-ə ev sahibliyi edəcək ölkə bilindi
- Ermənistandan Gürcüstana keçmək istəyən əcnəbinin corab və ayaqqabısından qızıl tapıldı - Video
- Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri Romada bir araya gəldilər: Nələr müzakirə olundu? - Foto
Digər xəbərlər