Azərbaycan Prezidenti İlham Əliyev Oqtay Qəşəm oğlu Şahbazovun Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
İlham Əliyevin digər bir sərəncamı ilə Oqtay Şahbazov Azərbaycan Prezidentinin İşlər müdirinin birinci müavini vəzifəsindən azad edilib.