26 
Avq
2018
10:48
264
127
12625
Virtual karabakh

İlham Əliyev yeni avtomobil yolunun açılışında - FOTO

26 Avq, 2018
10:48
12625

İlham Əliyev yeni avtomobil yolunun açılışında - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər.

Oxu.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun göstəriciləri barədə məlumat verib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. 

Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlər də daxil olmaqla, yol yatağının eni 8-10 metrdir. 

Yol üzərində ümumi uzunluğu 210 metr olan müxtəlif diametrli suötürücü borular qoyulub. 

Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün müvafiq yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin avtobus dayanacaqları tikilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri