Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zabitlərin də diplomatik pasportları olacaq
Milli Məclisin (MM) payız sessiyasının bu gün keçiriləcək ikinci iclasında “Pasportlar haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Oxu.Az-ın xəbərinə görə, ölkə prezidenti İlham Əliyevin təqdimatı ilə göndərilən layihədə xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizin nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə diplomatik pasport verilməsi məsələsi özünün əksini tapıb.
Belə ki, qanunun 6-cı (Diplomatik pasport) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri nəzdində təsis edilən hərbi attaşelik aparatlarının zabit heyətinə, həmçinin beynəlxalq təşkilatlardakı hərbi nümayəndələrinə və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə də diplomatik pasport verilir.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
- Prezident İlham Əliyevin mesajları və suveren gücün sözü
- Paşinyanın Qərbi Azərbaycan xofu: Azərbaycanlıların Ermənistana qayıdışı ərazi iddiası deyil
- Trampın Kanadanı ABŞ-yə qatmaq istəyi: "Make America Great Again" hədəfi
- Aİ Şurasının rəhbəri Prezident İlham Əliyevə zəng edib