Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan deputatları Dumaya etiraz etdilər
Milli Məclisin (MM) üzvləri oktyabrın 7-də bir qrup rusiyalı qadının işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Rusiya Dövlət Dumasının sədri və komitələrə etiraz müraciəti göndərib.
Oxu.Az-ın məlumatına görə, müraciəti Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Əli Hüseynli və “Azərbaycan Rus İcması”nın sədri Mixail Zabelin imzalayıb.
Qeyd edək ki, oktyabrın 7-də Ermənistanın keçmiş baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü “Qadınlar Sülh naminə” təşəbbüsü çərçivəsində Rusiyadan bir qrup qadın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib.
Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, “Vera” beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesser də olub.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"