Bakıda dayanıqlı inkişafa dair forum öz işinə başlayıb.
Oxu.Az xəbər verir ki, tədbirdə dünyanın 30 ölkəsindən 200-dən çox iştirakçı var.
Baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, dayanıqlı inkişaf hədəflərinə nail olmaq hökumətin prioritet hədəfidir:
“Qarşıdakı 12 ildə, yəni 2030-cu ilə qədər dünya ictimaiyyəti yoxsulluğun aradan qaldırılması, aclıq və iqtisadi çətinliklər sahəsində ciddi işlər görməlidir”.
O qeyd etdi ki, hazırda bir milyarddan çox insan yoxsulluq, aclıq və çətinliklər içində yaşayır. Qarşıdakı 12 ildə bu məsələlərin həllinə nail olmaq üçün dünya dövlətləri səylərini birləşdirməlidir.
Baş nazirin müavini vurğulayıb ki, on milyon vətəndaşı olan Azərbaycan bir milyon qaçqın və məcburi köçkünə sahib çıxıb. 30 ildir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlanması onların doğma yurdlarına, evlərinə dönməsinə imkan vermir. Dünya dövlətləri bu problemin həllində səylərini birləşdirməlidir.