Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İlin ən fəal deputatlarının adları açıqlandı - SORĞU
Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2018-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, PJB-nin sədr müavini Aqil Aslan bildirib ki, ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər.
Onun sözlərinə görə, bu, PJB-nin sayca 13-cü sorğusudur:
“Bu sorğu da öncəki illərdə olduğu kimi, dörd nominasiya üzrə aparılıb. Sorğu nəticəsində Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib”.
“İlin ən fəal deputatı” nominasiyasının qalibləri Siyavuş Novruzov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc və Əli Hüseynli olub.
Bu nominasiyanın qalibləri Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.
“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri Qənirə Paşayeva, Vahid Əhmədov, Ağalar Vəliyev, Əli Məsimli və Ülvi Quliyev olub.
Bu nominasiyanın qalibləri Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri çətinliklərin həllinə yardımçı olduqlarına, həmçinin, seçicilərin problemlərini parlamentdə qaldırdıqlarına görə müəyyən ediliblər.
“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Bahar Muradova, Cavanşir Feyziyev, Azay Quliyev, Tahir Mirkişili və Sevinc Fətəliyevadır.
“Qanunvericlik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Əhliman Əmiraslanov və Əflatun Amaşov olub.
Aqil Aslan qeyd edib ki, Bahar Muradova, Azay Quliyev, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Fazil Mustafa, Əli Məsimli və Qənirə Paşayeva digər nominasiyalarda da parlament jurnalistlərinin səsini qazanıblar.
Kamil HƏMZƏOĞLU
"Bahar Muradova" teqi üzrə xəbərlər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Bahar Muradova erkən və qohumlar arası nikahlardan DANIŞIB
- Bahar Muradova: "Erkən nikahlarla bağlı problem yaradan bütün məqamları aradan qaldırmışıq"
- Bahar Muradova: "Uşaqlar milli-mənəvi dəyərlərimizin daşıyıcılarıdır"
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI