Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Paşinyan ABŞ-dakı ermənilərə nə deyəcək? - ŞƏRH
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfərə hazırlaşır. O, sentyabrın 22-də ABŞ-ın Los-Anceles şəhərində ermənilər qarşısında çıxış etməyi planlaşdırır. Los-Anceles Yerevandan sonra, bəlkə də, ermənilərin ən çox olduğu şəhərlərdən biridir. Aydındır ki, görüşə Kaliforniyanın digər şəhərlərində yaşayan ermənilər də qatılacaq. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb.
Paşinyanın ABŞ-dakı ermənilərlə görüşünün məsqədi nədir?
Oxu.Az xəbər verir ki, bu məsələni politoloq Elxan Şahinoğlu şərh edib:
“Birincisi, Paşinyana Ermənistanda nəyisə dəyişmək üçün pul lazımdır. Beynəlxalq maliyyə təşkilatları və böyük dövlətlər Paşinyana bu bir ildə pul vermədilər. Ona görə də Paşinyanın yeganə ümidi varlı erməni diasporunun üzvlərinədir. Paşinyan Los-Ancelesdəki çıxışında açıq pul dilənməsə də, erməni diasporunun ABŞ-dakı nümayəndələri ilə qapalı görüşlərində bu mövzudan yan keçməyəcək. .
Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan xaricdə pulu, əsasən, doğulduqları və separatçılığa başladıqları Dağlıq Qarabağın ehtiyacları üçün istəyirdilər.
Paşinyanın belə bir dərdi yoxdur, tam əksinə, Qarabağ separatçıları onunla ixtilaf içində olduğu müddətdə onun Dağlıq Qarabağ üçün xüsusi olaraq maliyyə toplamağa marağı yoxdur. Maliyyə Paşinyana Ermənistan üçün lazımdır”.
Ekspertin fikrincə, bundan başqa, Paşinyanın Los-Ancelesdəki ermənilər qarşısında çıxışının əsas tezisləri üzərində düşünməyə dəyər:
“Paşinyanın bir illik hakimiyyəti göstərdi ki, onun söz ehtiyatı bol deyil, müxalifətdə ikən Serj Sarqsyanı yıxmaq üçün dağıdıcı şüarları diqqəti cəlb edirdi, ancaq o, hakimiyyətə gəldikdən sonra böyük kütlə qarşısındakı çıxışlarında çətinlik çəkir, çünki verilən vədləri yerinə yetirmək lazımdır.
Onun Xankəndidəki 2050-ci ilə (?!) hədəflənmiş çıxışı isə ermənilər arasında məzhəkəyə səbəb oldu. Mümkündür ki, Paşinyan Los-Ancelesdəki çıxışında Tehranda və Xankəndidə ermənilər qarşısındakı tezisləri təkrarlasın.
Üçüncüsü, Paşinyanın Los-Ancelesdəki çıxışı zamanı Tehrandakı təxribatın təkrarlanması ehtimalı var. Paşinyan Tehranda çıxış edərkən İran erməniləri “Qarabağ Ermənistanındır” şüarını qaldırmışdılar. Erməni ermənidir, istəyir, İrandakı olsun, istər ABŞ-da. Ona görə sentyabrın 22-də Azərbaycan Xarici İşlər Nazirliyi və onun Los-Ancelesdəki konsulluğu da hazırlaşmalıdır. Qabaqlayıcı adımlar haqqında düşünməyə ehtiyac var, sonrakı bəyanatların onsuz da xeyri yoxdur, daşa dəyib qayıdır”.
Samir İsayev
"Ermənistan" teqi üzrə xəbərlər
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"