Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məzahir Pənahovdan vəzifəli şəxslərə XƏBƏRDARLIQ
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deputatlığa namizədlərə müraciət edib.
Oxu.Az-ın məlumatına görə, M.Pənahov deyib ki, deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalıdırlar.
O bildirib ki, namizədlər imzaları qanunvericiliyin tələbinə uyğun toplamalıdırlar.
M.Pənahov vəzifəli şəxslərə və bələdiyyə üzvlərinə də xəbərdarlıq edib.
“Onlar namizəd üçün imzatoplamada iştirak edə bilməz. Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır”, - deyə M.Pənahov əlavə edib.
Aqşin Kərimov
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Bələdiyyə üzvlüyünə namizədlər müəyyənləşib
- Bələdiyyə seçkisində ekzitpol keçirilməyəcək
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi üçün 685 adda bülleten çap ediləcək"
- YAP-dan MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib
- Bələdiyyə seçkisi ilə bağlı səsvermə protokollarının DSK-lara verilməsi sabah başa çatır
Ən çox oxunanlar